Azərbaycan karateçilərinin Premyer Liqada bürünc medal şansı

Xəbərlər
31 May 2025 13:13
51
Azərbaycan karateçilərinin Premyer Liqada bürünc medal şansı

Mərakeşin Rabat şəhərində karate üzrə Premyer Liqanın final mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları turnirin medallarına iddialıdırlar.

Fərid Savadov (60 kq) və Nuran Rzazadə (67 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Çıxışlarını təsəlliverici yarışda davam etdirəcək Hüseyn Məmmədli (67 kq) və Rəşid Süleymanovun (75 kq) da fəxri kürsüyə yüksəlmək şansları var.

Premyer Liqanın ikinci günündə üçqat dünya çempionu İrina Zaretska (68 kq) və Osman Osmanlı (+84 kq) mübarizəyə qoşulacaqlar.

İdman.biz