Mayın 31-də Yaponiyanın paytaxtı Tokioda fullkontakt kyokuşin karate üzrə 1-ci dünya çempionatı start götürəcək.
İdman.biz xəbər verir ki, 2 gün davam edəcək yarışda Azərbaycan iki idmançı ilə təmsil olunacaq.
“Tokio Ariake Arena”da baş tutacaq dünya çempionatında Balaəmi Əhmədov (60 kq) və Əliqismət Həsənov (70 kq) mübarizə aparacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Mübariz Məlikov mundialda referilər sırasında yer alacaq.
İdman.biz