Mədinə Sadıqova: “Dünya çempionatında məni gərgin döyüşlər gözləyir”

Xəbərlər
19 Oktyabr 2023 12:22
206
Mədinə Sadıqova: “Dünya çempionatında məni gərgin döyüşlər gözləyir”

“Biz yaxşı çıxış etməyi və qızıl da daxil olmaqla medallar qazanmağı hədəfləmişik. İdman zalımızda son məşqimizi keçiririk və bir neçə gündən sonra Macarıstana yollanacağıq”.

Bunu idman.biz saytına Azərbaycan millisinin karateçisi Mədinə Sadıqova (55 kq) Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığını dəyərləndirərkən deyib.

O bildirib ki, rəqibləri yaxşı tanıyır: “Bu illər ərzində bir dəfədən çox görüşmüşük. Qarşıda məni güclü döyüşlər gözləyir”.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək sayca 26-cı dünya çempionatı oktyabrın 29-da başa çatacaq.

Zəki Feyzullayev

İdman.biz