Mədinə Sadıqova: “Şəhid övladı kimi himnimizi Ermənistanda səsləndirəcəyimə əminəm”

Xəbərlər
15 İyun 2024 16:29
679
Mədinə Sadıqova: “Şəhid övladı kimi himnimizi Ermənistanda səsləndirəcəyimə əminəm”

Azərbaycan millisinin karateçisi Mədinə Sadıqovanın (55 kq) İdman.bizə müsahibəsi

- Yığmamıza "BRICS Sports Games Kazan 2024"də ilk qızıl medalı siz qazandırdız. Təəssüratlarınız necədir?

- Həmişə istəmişəm ki, Azərbaycana qızıl medal gətirəm. Bu yarışdan əvvəl Avropa Oyunlarında da iştirak etmişdim. Qızıl medal qazanmaq arzum idi. Amma qismət olmamışdı. Çox sevinirəm ki, bu yarışda ilk qızıl medalı mən qazandım.

- Yarışı necə dəyərləndirərdiz?

- Yarış çox çətin keçdi. Çünki burada dünya çempionu və üçüncüsü iştirak edirdi. Döyüşlərimi qələbə ilə başa vurduğuma sevinirəm.

- Bəs hansı görüşünüzü fərqləndirərdiz?

- Mənə görə ən çətini çinli Ju-Yinq Hou ilə final görüşüm oldu. Həyəcandan qorxurdum. Amma belə olmadı. Döyüşdə özümü rahat hiss etdim və inamlı qələbə qazandım.

- Növbəti hədəfləriniz nədir?

- Şəhid övladı olaraq çalışağam ki, Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırım. Gələn il Ermənistanda Avropa çempionatı keçiriləcək. Düşmən ölkədə himni səsləndirmək çox gözəl və şərəfli hissdir. Ermənistanda bunu səsləndirəcəyimə əminəm. İnanıram ki, bu mənə qismət olacaq.

Banuçiçək Hüseynli
İdman.biz