Kyokuşin karate milli komandamız Avropa çempionatında çıxış edəcək - FOTO

11 İyun 2026 15:07
118
Kyokuşin karate milli komandamız Avropa çempionatında çıxış edəcək - FOTO

Azərbaycanın “kyokuşin (kay) senşi karate” üslubu üzrə yığması Polşanın Belostok şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası (AKF) məlumat yayıb.

Yığma AKF-nin baş katibi Qabil Sayadovun və baş məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında ölkəmizi nüfuzlu beynəlxalq yarışda təmsil edəcək.

İdman.Biz