Türkiyənin Çanaqqala şəhərində “Dardaneles Karate Championship” karate turniri keçirilib.
İdman.Biz AKF-yə istinadən xəbər verir ki, azərbaycanlı idmançılar yarışda dörd medal qazanıblar.
Məhəmməd Kazımlı birinci, Qəhrəman Rzaquliyev isə ikinci yeri tutublar. Əliəşrəf Qafarov və Hüseyn Babayev isə bürünc medala yiyələniblər.
İdmançıların hazırlığına məşqçi Asiman Qurbanlı rəhbərlik edib.
