Karateçimiz Roman Heydərov İslamiadada bürünc medal əldə edib - YENİLƏNİB + FOTO

Xəbərlər
11 Noyabr 2025 19:41
79
Karateçimiz Roman Heydərov İslamiadada bürünc medal əldə edib - YENİLƏNİB + FOTO

Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medallarını qazanıblar.

İdman.Biz bildirir ki, kata yarışlarında Roman Heydərov bürünc medal əldə edib.

Yarımfinalda Heydərov Küveyt idmançısına məğlub olub, bürünc medal uğrunda qarşılaşmada isə BƏƏ karateçisindən üstün olub.

19:25

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında karate yarışları davam edir.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəəsində çıxış edən karateçimiz Mədinə Sadıqova bürünc medal uğrunda görüşdə Pakistan təmsilçisi Laiba Ziyaya 7:2 hesabı ilə qalib gəlib və bürünc medala sahib çıxıb.

Beləliklə, Azərbaycan karateçiləri VI İslam Oyunlarında ilk medallarını qazanıblar.

17:24

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında karate yarışları davam edir.

İdman.Biz xəbər verir ki, qadınların mübarizəsində 55 kq çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi Mədinə Sadıqova yarımfinal mərhələsində Özbəkistan təmsilçisi Sevinc Rəhimova ilə qarşılaşıb.

O, gərgin keçən görüşdə 3:7 hesabı ilə məğlub olub.

Beləliklə, Mədinə Sadıqova finala yüksələ bilməsə də, bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Vüqar Vüqarlı

İdman.Biz