Azərbaycan karateçiləri Polşadan səkkiz medalla qayıdıblar - FOTO

Xəbərlər
27 Oktyabr 2025 15:46
37
Azərbaycan karateçiləri Polşadan səkkiz medalla qayıdıblar - FOTO

Azərbaycan karateçiləri Polşanın Bedzin şəhərində keçirilən 32-ci "SKDUN Shotokan Karate" üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda səkkiz medal qazanıblar.

İdman.Biz Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz iki qızıl, iki gümüş və dörd bürünc mükafat əldə ediblər.

Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, "Veteran Open") 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub. Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc medal qazanıblar.

İdman.Biz