III MDB Oyunlarının qalibi medalını dünyasını dəyişmiş dostuna həsr edib - VİDEO

Müsahibə
17 Oktyabr 2025 16:40
60
III MDB Oyunlarının qalibi medalını dünyasını dəyişmiş dostuna həsr edib - VİDEO

“Qızıl medalı qazandığım anda ilk ağlıma gələn Himnimiz oldu”.

Bu sözləri Baku TV-yə müsahibəsində III MDB Oyunlarında qızıl medala sahib olan karateçi Mədinə Sadıqova deyib.

“Orada Bayrağımızın altında Himnimizi eşitmək mənim üçün böyük qürur idi. Həmişə qalib idmançılarımızı izləyəndə həmin hissləri yaşamağı arzulayırdım”, – deyə o əlavə edib.

Mədinə Sadıqova uğurunu həyatını itirmiş dostuna həsr etdiyini bildirib: “Yaxın dostum Nihad ani ürəktutmasından dünyasını dəyişdi. Nihadın son günündə yanında ola bilməmişdim. Turnirdə ən çox onun üçün döyüşürdüm. Bu medalı Nihada həsr edirəm”. O həmçinin gələcəkdə medallarının daha da artmasını arzuladığını söyləyib: “Qızıl medal mənim üçün böyük motivasiya oldu. Şəhid kapitan Sadıqovun qızı olaraq tarixə keçəcəyimə inanıram”.

Ətraflı süjetdə:

İdman.Biz