Bu gün III MDB Oyunları çərçivəsində Mingəçevir “Kür” olimpiya Kompleksində karate yarışları keçirilib.
55 kiloqram çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb. Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medala sahib çıxıb.
Digər təmsilçimiz Nuran Rzazadə (-67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal qazanıb.
Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Qeyd edək ki, karate yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
16:39
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medalı təmin edib.
İdman.biz “Report”a istinadla xəbər verir ki, Fərid Savadov (60 kq), Nəzrin Piriyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Nuran Rzazadə (67 kq), Roman Heydərov (kata) finala vəsiqə qazanıblar.
Qeyd edək ki, İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Xatırladaq ki, bu gün Mingəçevirdə start götürən karate yarışları sabah başa çatacaq.
14:57
Azərbaycan karateçilər III MDB Oyunlarında yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
İdman.biz xəbər verir ki, İnci Əzizova (50 kq), Fərid Savadov (60 kq), Nəzrin Priyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Aslan Dostuyev, Nuran Rzazadə (67 kq), katada Ramilə Heydərova, Rövşən Əliyev və Roman Heydərov bu raundadək irəliləyə biliblər.
Qeyd edək ki, bu gün start götürən karate yarışları sabah başa çatacaq.