Universiada: Azərbaycan millisi Ekvadora qalib gəlib, Yaponiyaya uduzub - YENİLƏNİB/FOTO

Xəbərlər
26 İyul 2025 12:45
63
Universiada: Azərbaycan millisi Ekvadora qalib gəlib, Yaponiyaya uduzub - YENİLƏNİB/FOTO

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün qarışıq komandalar arasında turnir keçirilir.

Azərbaycan millisi çıxışına Ekvadorla qarşılaşmada 4:0 hesablı qələbə ilə başlayıb. Amma 1/8 finalda cüdoçularımız Yaponiyaya uduzublar - 0:4.

Komandamızın heyətində Ramazan Əhmədov (+90 kq), Aydan Vəliyeva (57 kq), Nəriman Mirzəyev (73 kq), Aytac Qardaşxanlı (70 kq), Mehdi Abbasov (90 kq) və Nigar Süleymanova (+70 kq) yer alıblar.

***

11:20

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün qarışıq komandalar arasında turnir keçirilir.

Azərbaycan millisi çıxışına Ekvador komandası ilə görüşlə başlayıb və 4:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, fərdi cüdo yarışlarında Elcan Hacıyev (90 kq) gümüş medal qazanıb.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: