Universiadada cüdo yarışının proqramı müəyyənləşib

Xəbərlər
11 İyul 2025 13:57
41
Universiadada cüdo yarışının proqramı müəyyənləşib

Almaniyanın Reyn-Rur bölgəsində keçiriləcək Ümumdünya Universiadasında cüdo yarışlarının proqramı müəyyənləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan komandası çıxışına iyulun 23-də başlayacaq.

İlk gündə Babarəhim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.

Növbəti gün Nəriman Mirzəyev (73 kq), Mehdi Abbasov (81 kq) və Aytac Qardaşxanlı (70 kq) mübarizə aparacaqlar.

İyulun 25-də isə Elcan Hacıyev (90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov (+100 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) çıxış edəcəklər.

Komanda turniri iyulun 26-da baş tutacaq.

İdman.biz

Məqalədə: