ACF tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10000-i keçib

Xəbərlər
7 İyul 2025 16:03
34
ACF tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10000-i keçib

Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır.

İdman.biz xəbər verir ki, 2022-ci ildən etibarən Bakı və regionlarda 120 idman zalına federasiya tərəfindən 10000-dən çox tatami paylanılıb, 2000-dən çox gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.

2022-2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər və Qaxda cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.

İdman.biz