Hidayət Heydərov IJF-in Atletlər Komissiyasında

Xəbərlər
20 İyun 2025 21:50
40
Hidayət Heydərov IJF-in Atletlər Komissiyasında

Olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına üzv seçilib.

İdman.biz xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına nümayəndələrini seçiblər.

Seçkilər nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub. Yeni tərkib 2025-2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.

Qürurverici haldır ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.

İdman.biz