İyunun 21-22-də Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
İdman.biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunacaq.
Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək. Turnirdə 37 ölkədən 618 idmançı (372 oğlan, 246 qız) qüvvəsini sınayacaq.
Oğlanlar
60 kq
Nihad Məmişov
Fərid Qarayev
66 kq
Məhəmməd Musayev
Nizami İmranov
73 kq
Mehdi Cəfərov
Əbil Yusubov
Nihad Yəhyayev
Abdurrahman Səbzəliyev
81 kq
Cəsur İbadlı
Süleyman Şükürov
Mehdi Abbasov
90 kq
Əli Qaziməmmədov
Tuncay Şamil
Aslan Kotsoyev
100 kq
Davud Namazlı
+100 kq
Eldar Əliyev
Ramazan Əhmədov
İdman.biz