Rəşad Nəbiyev İcraiyyə Komitəsində - FOTO

Xəbərlər
11 İyun 2025 16:46
111
Rəşad Nəbiyev İcraiyyə Komitəsində - FOTO

Azərbaycan Cüdo Federasiyasının prezidenti Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib.

İdman.biz xəbər verir ki, iyunun 11-də Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (BCF) Konqresi keçirilib.

Nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konqres çərçivəsində 2025–2029-cu illər üçün Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İcraiyyə Komitəsinin üzvü seçilib.

Toplantıda altıncı dəfə BCF-in prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində qurumun rəhbəri olacaq.

Qeyd edək ki, Vizer 2007-ci ildə dünya cüdosuna başçılıq edir.

İdman.biz