Cüdoçularımız İspaniyada təlim-məşq toplanışına başlayıblar

Xəbərlər
19 May 2025 14:56
40
Cüdoçularımız İspaniyada təlim-məşq toplanışına başlayıblar

Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırlığın son mərhələsinə qədəm qoyur.

İdman.biz xəbər verir ki, bu gün idmançılarımız İspaniyanın Benidorm şəhərində təlim-məşq toplanışı başlayacaq.

Mayın 23-dək davam edəcək hazırlıq təlimlərində 20-dən çox ölkədən komanda iştirak edəcək. Gündə iki məşq, həmçinin sınaq sparrinqi keçiriləcək.

Yığmamızın məşqçilər korpusu təlim-məşq toplanışının nəticələrinə əsasən, iyunun 13-19-da Budapeştdə (Macarıstan) keçiriləcək dünya çempionatında mübarizə aparacaq heyətin adını açıqlayacaq.

İdman.biz