Murad Fətiyev dünya çempionatını buraxacaq - SƏBƏB

Xəbərlər
30 Aprel 2025 14:10
327
Murad Fətiyev dünya çempionatını buraxacaq - SƏBƏB

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında iştirak edə bilməyəcək.

İdman.biz xəbər verir ki, bununla bağlı Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, 90 kq çəki dərəcəsində çıxış edən yığma üzvü Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.

Qeyd edək ki, təmsilçimiz “bürünc döyüşü”ndən qalib ayrılıb. Dünya çempionatı isə iyunun 13-20-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

İdman.biz

Məqalədə: