Olimpiya çempionu Hidayət Heydərovun məşqçisi Elnur Məmmədli cüdoçunun Avropa çempionatına qatılmamasına biganə qalmayıb.
İdman.biz xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Olimpiya çempionu Heydərovla paylaşdığı fotoya “Hər şey qabaqdadır, çempion” şərhini yazıb.
Qeyd edək ki, Hidayət xəstələndiyi üçün Avropa çempionatında mübarizə aparacaq Azərbaycan milli komandasının heyətindən çıxarılıb. Onu Rəşid Məmmədəliyev (73 kq) əvəzləyib.
Aytac Sahəd
İdman.biz