Ramilə Əliyeva: “Sevincliyəm ki, Universiadada ilk qızıl medalı mən qazandım”

Xəbərlər
7 Noyabr 2023 15:55
626
Ramilə Əliyeva: “Sevincliyəm ki, Universiadada ilk qızıl medalı mən qazandım”

“Sevincliyəm ki, Universiadada ilk qızıl medalı mən qazandım”.

Bunu İdman.bizin yarışa ezam olunan müxbirinə Qazaxıstanın Türkistan vilayətində təşkil olunan ll Türk Dövlətləri Universiadasında ilk medalını qazanan Azərbaycan cüdoçusu Ramilə Əliyeva (48 kq) deyib.
Ardıcıl 3 görüşü qələbə ilə bitirən idmançı bildirib ki, bütün görüşlər gərgin keçib: “Özbəkistanlı rəqibimə vazari xalı ilə qalib gəldim. Ən yadda qalan görüşüm qazaxıstanlı rəqibə qarşı oldu. Çox gərgin keçən görüşdə ipponla qalib gəldim”.

Qeyd edək ki, ll Türk Dövlətləri Universiadasında Azərbaycan 4 idman növündə - stolüstü tennis, cüdo, yunan-Roma güləşi və sərbəst güləş üzrə təmsil olunur.

Rüfət Abdullayev

İdman.biz