Yeniyetmələr üçün cüdo turniri Şəkidə başlayır

Xəbərlər
16 Oktyabr 2025 13:06
48
Yeniyetmələr üçün cüdo turniri Şəkidə başlayır

U-14 və U-17 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birincilikləri təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, turnirlərdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan cüdoçuları mübarizə aparacaqlar.

Bildirilib ki, yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin, U-17 üzrə birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Qeyd edək ki, turnir oktyabrın 23-24-də Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. Arenaya giriş sərbəstdir.

İdman.Biz

Məqalədə: