Kamran Talıbov Paris-2024-ün yerli Təşkilat Komitəsində fəaliyyət göstərəcək

Xəbərlər
25 İyun 2024 09:41
439
Kamran Talıbov Paris-2024-ün yerli Təşkilat Komitəsində fəaliyyət göstərəcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) idman direktoru Kamran Talıbov Paris-2024 Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsində fəaliyyət göstərəcək.

İdman.biz xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə özü məlumat yayıb.

ACF rəsmisi qarşıdakı 2 ay ərzində voleybol, həndbol, ağırlıqqaldırma və stolüstü tennis yarışlarında əməliyyatların idarə olunmasına dəstək göstərəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək və avqustun 11-də yekunlaşacaq.

İdman.biz