Orxan Səfərov cüdo akademiyası açır

Xəbərlər
20 Yanvar 2024 11:19
652
Orxan Səfərov cüdo akademiyası açır

Azərbaycan millisinin sabiq üzvü Orxan Səfərov cüdo akademiyası açır.

İdman.biz xəbər verir ki, idmançı karyerasını ötən il başa vuran idmançı bunu öz səhifəsində açıqlayıb.

Dünya və Avropa çempionatlarının mükafatçısı, iki Olimpiadanın iştirakçısı yeniyetmələri bu idman növünə dəvət edib: “Məndə əla xəbərlər var! Bizim cüdo akademiyamız bu yaxınlarda işə başlayacaq. Cüdo və onun mədəniyyətini öyrənmək istəyən hər kəsi məşqlərə dəvət edirəm. Qarşıda böyük layihələr və hədəflər var”.

Qeyd edək ki, Səfərov ötən il Yaponiyadakı məşqçi seminarında iştirak edib.

İdman.biz

Məqalədə: