Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir - FOTO

8 İyul 2025 23:15
289
Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir - FOTO

Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində beynəlxalq təlim-məşq toplanışına start verilib.

İdman.biz xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Avstriya, Xorvatiya, Monteneqro və Almaniyanın cüdoçuları iştirak edirlər.

Toplanışın məqsədi idmançıların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı beynəlxalq turnirlərə daha yaxşı şəkildə hazırlaşmaqdan ibarətdir.

Qeyd edək ki, hazırlığa ümumilikdə 70-dək cüdoçu qatılıb.

İdman.biz