EYOF-da iştirak edəcək cüdoçularımızın ADLARI

Xəbərlər
9 İyul 2025 12:47
53
EYOF-da iştirak edəcək cüdoçularımızın ADLARI

İyulun 22–26-da Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində cüdo yarışları keçiriləcək.

İdman.biz xəbər verir ki, EYOF-da Azərbaycanı 12 çəkidə 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək.

Heyətdə Gülşən Hüseynova (44 kq), Nuranə Hacızadə (48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq), Zemfira Əliyeva (+70 kq), Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq), Məhəmməd Ağakişiyev (73 kq), Amin Mehdiyev (81 kq) və Sübhan Axundov (+90 kq) yer alacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qeyd edək ki, festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.

İdman.biz