Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar

27 İyun 2026 22:10
97
Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb.

İdman.Biz bildirir ki, Elşən Əsədov (-66 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (-73 kq) isə yarışı bürünc medalla başa vurub.

Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

İdman.Biz