Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb - FOTO

24 Mart 2026 15:40
76
Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb - FOTO

Yeniyetmə qızlardan ibarət yığma komandamız Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, hazırlıq prosesinə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edir. Təlim düşərgəsinə 18 cüdoçu cəlb olunub.

Komandamız burada 4-5 aprel tarixlərində Gəncədə təşkil olunacaq yeniyetmələr arasında Avropa Kubokuna hazırlıq keçir.

Martın 26-da başa çatacaq təlim-məşq toplanışında 14 ölkədən 400-ə yaxın idmançı yer alıb.

İdman.Biz