Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirinə start verilib.
İdman.Biz bildirir ki, ilk yarış günündə -66 kq çəki dərəcəsində tatamiyə çıxan Tofiq Məmmədov üçüncü yeri tutub.
Təmsilçimiz həlledici görüşdə Ukrayna idmançısı Qaqik Martirosyana qalib gələrək bürünc medala sahib olub.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışa 27 ölkədən 320 idmançı qatılıb.
