14–15 mart tarixlərində cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının ikinci turu keçiriləcək.
İdman.Biz bildirir ki, turnirdə 71 klub və idman cəmiyyətindən 358 idmançı (297 oğlan, 61 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
“İstedadların seçimi” yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.
Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
