Bu gün Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək.
İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üç üzvü iki çəki dərəcəsində tatamiyə çıxacaq.
Kişilər arasında 60 kq çəki dərəcəsində mübarizəyə 1/8 finaldan qoşulacaq Murad Muradlı Almaniya təmsilçisi Maksim Taran ilə üz-üzə gələcək.
66 kq çəki dərəcəsində isə Ruslan Paşayev 1/16 final mərhələsində Eran Fiks (İsrail) – Yusuf Nurkoviç (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
Bu çəkidə digər təmsilçimiz İslam Rəhimov da mübarizəyə 1/16 finaldan başlayacaq. O, Andreas Prokop (Avstriya) – Alessio De Luka (İtaliya) cütünün qalibi ilə tatamiyə çıxacaq.
