Yaponiyanın paytaxtı Tokioda paracüdo üzrə Qran-pri maraqlı məqamlarla yadda qalıb.
İdman.biz yarışdan fotoreportajı təqdim edir.
Azərbaycan millisi Qran-pridə 6 medal qazanıb. İlham Zəkiyev (+90 kq), Vüqar Şirinli (60 kq), Şahanə Hacıyeva (48 kq), Xanım Hüseynova (70 kq) və Dürsədəf Kərimova (+70 kq) gümüş, Namiq Abbaslı (73 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, Qran-pri Paralimpiya Oyunlarına təsnifat yarışıdır, idmançılarımız turnirdə növbəti reytinq xallarını toplayıblar.
İdman.biz