Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatında çıxış edəcək Yaponiyanın millisinin heyətinə Bakıdakı “Böyük Dəbilqə” turnirinin səkkiz qalibi daxil edilib.
İdman.biz xəbər verir ki, cüdonun vətəni sayılan Yaponiyanın məşqçilər heyəti fevral ayında Azərbaycan paytaxtında uğur qazanan idmançılara üstünlük verib.
Heyətdə Ryucu Naqayama (60 kq), Takaşi Takeoka (66 kq), Tatsuki İshihara (73 kq), Sanshiro Murao (90 kq), Dota Arai (100 kq), Hyega Ota (+100 kq), Uta Abe (52 kq) və Momo Tamaoki (57 kq) də yer alıb.
Ümumilikdə, Yaponiya yığmasına 18 cüdoçu cəlb olunub.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı iyunun 13-19-da keçiriləcək.
İdman.biz