Elmar Qasımov barədə əfsanəvi cüdoçudan etiraf - FOTO

Xəbərlər
13 Yanvar 2026 17:20
79
Elmar Qasımov barədə əfsanəvi cüdoçudan etiraf - FOTO

Çex cüdoçusu əfsanəsi Lukaş Krpalek karyerası, motivasiyası və gələcək planları ilə bağlı səmimi açıqlama verib.

İdman.Biz xəbər verir ki, ikiqat Olimpiya çempionu, ikiqat dünya çempionu və üçqat Avropa çempionu olan Krpalek idmanda dəyişən yeganə şeyin topladığı təcrübə olduğunu deyib və əsas məqsədinin həmişə özünə sadiq qalmaq olduğunu vurğulayıb.

Krpalek bildirib ki, 100 kq-dan aşağı çəkidə bütün əsas titulları qazandıqdan sonra motivasiyanı qorumaq çətinləşib və buna görə ağır çəkidə çıxış etməyə qərar verib. Daha sonra isə hər iki kateqoriyada mübarizə aparmağın ona yeni stimul verdiyini qeyd edib.

Krpalek London Olimpiadasında ilk mərhələdə güclü rəqiblə - Kaybulayevlə üzləşdiyini, bütün risklərə baxmayaraq qalib gəldiyini, lakin turnirin son saniyələrində uduzmasının onu daha da gücləndirdiyini bildirib. Həmin məğlubiyyətin sonrakı dünya və Olimpiya qələbələrinin əsas motivasiyasına çevrildiyini vurğulayıb.

Rio-de-Janeyro Olimpiadasından sonra həyatının tam dəyişdiyini, tanınmış simaya çevrildiyini, lakin populyarlığı sevmədiyini və ailə ilə sakit həyata üstünlük verdiyini qeyd edib:

“Rioya Çex Respublikasının Olimpiya çempionu olmaq üçün qətiyyətli getmişdim. Londonda Çex milli televiziyasına müsahibəmdə bildirmişdim ki, dörd ildən sonar yenidən geri qayıtmışam və qələbə qazanacam. Rioya çatanda mənzərəni gördüm və nəyə görə Olimpiya Oyunlarında qələbənin mümkün olduğunu bildim. Rəqiblərim Corc Fonseka, Maksim Rakov, Ryunosuke Haqa, Siril Mare oldu. Finalda isə Elmar Qasımovla qarşılaşdım. Bu çox çətin döyüş idi. Hər oyuna 100% konsentrasiya ilə çıxırdım və bütün bunların sonunda Olimpiya Oyunları qalibiyyəti gəldi. Bu, həyatımı dəşdi”.

Tokio Olimpiadası ərəfəsində çətin hazırlıq dövrü keçirdiyini, psixoloji olaraq ağır günlər yaşadığını, amma yarış günü özünü çox güclü hiss etdiyini deyən Krpalek bu inamın onu yenidən zirvəyə apardığını bildirib.

Qeyd edək ki, Elmar Qasımov Rio Olimpiadasında 100 kq. çəki dərəcəsində çıxış edib. Təsnifat mərhələsindən azad olan Elmar Qasımov olimpiadanın 1/16 final mərhələsində Rusiya nümayəndəsi Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqib son olimpiya çempionu, həmçinin Dünya və Avropa Çempionatının qalibi olub. Titullu rəqibi ilə görüşdə Elmar Qasımov vaza-ari balı hesabına qələbə qazanıb. 1/8 final mərhələsində Qasımov Əlcəzair nümayəndəsi Lyes Buyakubdan üstün olub. 1/4 finalda cüdoçumuz Misir nümayəndəsi Ramazan Dərvişi cəmi 54 saniyəyə məğlu edib. Finala gedən yoldakı son rəqib isə Ukrayna nümayəndəsi Artyom Bloşenko olub. Görüşün 2-ci dəqiqəsində Qasımov rəqibinə ippon fəndi tətbiq edib.

Həlledici görüşdə rəqib Lukaş Krpalek idi. Həmin görüşdə Qasımov titullu rəqibinə qarşı müdafiə mövqeyini seçib. Məhz buna görə görüşün sonlarında yorulub və sona 24 saniyə qalmış ippon fəndi ilə rəqibinə məğlub olub və olimpiadanı gümüş medalla başa vurub.

Krpalek ən böyük arzusunun beşinci Olimpiadaya qatılmaq olduğunu vurğulayıb.

İdman.Biz