Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında doqquz ölkənin iştirakı təsdiqlənib

2 Aprel 2026 14:13
206
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında doqquz ölkənin iştirakı təsdiqlənib

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında doqquz ölkənin iştirakı təsdiqlənib.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, yarışda təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya ilə Qana, Asiyadan Özbəkistan və Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.

10 komandanın qatılacağı turnirdə növbəti kollektiv çox güman ki, ya Avstraliya, ya da Şimali Amerika regionundan olacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.

İdman.Biz