Vitse-prezident: “Ümid edirik ki, Azərbaycan Los-Anceles-2028-də 2 komanda ilə təmsil olunacaq"

Xəbərlər
24 Dekabr 2023 14:07
Vitse-prezident: “Ümid edirik ki, Azərbaycan Los-Anceles-2028-də 2 komanda ilə təmsil olunacaq"

"Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan atçılıq idmanında təmsil olunmayacaq"

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib.

O bildirib ki, əsas hədəf Los-Anseles-2028 Yay Olimpiya Oyunlarıdır "Biz Olimpiadada 2 dəfə konkur yarışında iştirak etmişik. Amma artıq yalnız bu növdə deyil, dresaj - atsürmə üzrə milli komandamız da var və onlar Azərbaycandan kənarda ilboyu təlim-məşq toplanışlarındadırlar. Ümid edirik ki, Azərbaycan 2028-ci ildə atçılıq yarışlarındada bir deyil, iki komanda ilə təmsil olunacaq".

Emin Ağa
İdman.biz