Aleks Ferqyuson dünyanın ən bahalı atını alıb

Xəbərlər
6 Fevral 2024 13:13
Aleks Ferqyuson dünyanın ən bahalı atını alıb

Əfsanəvi Aleks Ferqyuson ən bahalı cıdır atının sahibi olub.

İdman.biz xəbər verir ki, “Mançester Yunayted”in sabiq baş məşqçisi tarixdə açıq auksionda satılan ən bahalı atı alıb.

6 yaşlı Kolduell Potter adlı at 633 min funt sterlinqlə qiymətləndirilib. Əvvəlki rekord 2019-cu ildə müəyyənləşib və 620 minə bərabər olub.

Qeyd edək ki, bir müddət əvvəl Ferqyusonun digər atı Bəhreyndəki yarışda sahibinə 500 min funt sterlinq mükafat qazandırıb.

İdman.biz