Azərbaycanın çövkən yığmasının dünya çempionatındakı rəqibləri bəlli olub

Xəbərlər
8 Sentyabr 2025 13:16
52
Azərbaycanın çövkən yığmasının dünya çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın çövkən yığmasının dünya çempionatındakı rəqibləri bəlli olub.

Bu barədə İdman.biz-ə Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.

Rəqiblər Daşkənddə keçirilən Asiya çempionatından sonra müəyyənləşib. Yarışın qalibi finalda Pakistanı 4:0 hesabı ilə məğlub edən Özbəkistan millisi olub. Pakistan ikinci, Qazaxıstan yığması isə üçüncü yeri tutub.

Beləliklə, dünya çempionatında Azərbaycan yığması Özbəkistan və Pakistana rəqib olub.

İdman.biz