Azərbaycanda Superkubokda kimin oynayacağı bəlli olub

Xəbərlər
24 Dekabr 2023 13:55
Azərbaycanda Superkubokda kimin oynayacağı bəlli olub

"Gələn ilin aprelində Peşəkar Çövkən Liqasına start veriləcək".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Respublikası Atçılıq federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib.

Federasiya rəsmisinin sözlərinə görə, yarışda 10-a yaxın komanda iştirak edəcək: "Mövsüm ərzində bütün komandalar bir-birinə qarşı oyunlar keçirəcək və ölkənin mütləq qalibini müəyyən edəcək. Dekabrda isə 11-i dəfə "Prezident Kuboku" keçiriləcək. Bu 2 turnirin ən güclüləri 2025-ci ilin ilk aylarında "Superkubok" adı verəcəyimiz matçda qarşılaşacaq".

Qeyd edək ki, bu gün başa çatan 10-cu “Prezident Kuboku”nu “Polad” qazanıb.

Emin Ağa
İdman.biz