Dünya çempionatının 1/4 finalçıları bəlli olub

Xəbərlər
21 May 2025 01:17
46
Dünya çempionatının 1/4 finalçıları bəlli olub

Hokkey üzrə dünya çempionatında qrup mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, bütün 1/4 finalçıların adlarına aydınlıq gəlib.

A qrupunu Kanada, B qrupunu isə İsveçrə lider bitirib. Avstriya və Danimarka kimi komandalar sürprizə imza ataraq pley-offa yüksəlməyi bacarıblar.

Son çempion Çexiya İsveçlə münasibətlərə aydınlıq gətirəcək. 1/4 finalın bütün oyunları mayın 22-də keçiriləcək.

Dünya çempiomatı
1/4 final
22 may

Kanada - Danimarka
İsveç - Çexiya
ABŞ - Finlandiya
İsveçrə - Avstriya

İdman.biz