“Edmonton” rekordun bir addımlığında

Xəbərlər
28 Yanvar 2024 10:12
“Edmonton” rekordun bir addımlığında

NHL-də yeni qələbə rekorduna bir addım qalıb.

İdman.biz xəbər verir ki, “Edmonton Oylerz” ardıcıl 16-cı dəfə qalib gəlib.

“Neşvill”i 4:1 hesabı ilə məğlub edən edmontlular “Kolambus”un 2016/2017 mövsümündəki nəticəsini təkrar ediblər. İndi onlara mütləq rekordu təkrarlamaq üçün daha bir oyunda qələbə qazanmaq tələbə olunur. “Pittsburq” hokkeyçiləri 1992/1993 mövsümündə 17 dəfə qalib gəlməklə, NHL tarixinə düşüblər.

Qeyd edək ki, “Edmonton” fevralın 6-da “Veqas Qolden Nayts”, 9-da isə “Anahaym Daks”la qarşılaşacaq. Bu görüşlərdə qələbə qazanacağı təqdirdə, komanda turnirin mütləq rekordçusu olacaq.

İdman.biz