Kanada millisi Olimpiya Oyunlarının qrup mərhələsində Fransa yığmasına 10:2 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, kanadalıların heyətində Maklin Selebrini dubl edib. O, həmçinin bir məhsuldar ötürmə verib. Bundan başqa, Sidni Krosbi, Konnor Makdevid və Mark Stoun hərəyə üç (1+2) xal toplayıblar. Tom Uilson, Devon Teyvz, Keyl Makar, Bo Horvat və Brendon Hagel isə hərəyə bir dəfə fərqləniblər.
Fransızlarda qolları Floran Due və Saşa Trey vurublar.
Kanada yığması qrup mərhələsində keçirdiyi üç oyunun hamısında qalib gəlib, top fərqi 20:3 olub və A qrupundan birinci yerlə pley-offun 1/4 finalına yüksəlib. İkinci yeri İsveçrə (5 xal), üçüncü pilləni isə Çexiya (4 xal) tutub. Fransa üç oyunda üç məğlubiyyət alıb və pley-offun təsnifat mərhələsində oynayacaq.
