Oveçkini dünya rekordundan 31 qol ayırır - VİDEO

Xəbərlər
27 Noyabr 2025 10:56
35
Oveçkini dünya rekordundan 31 qol ayırır - VİDEO

“Vaşinqton Kapitals” hokkey komandasının hücumçusu Aleksandr Oveçkin NHL mövsümündə 11-ci qolunu vurub və komandası “Vinnipeq Jets” üzərində 4:3 hesabı ilə qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, cari mövsümdə Oveçkinin aktivində 24 matçdan sonra 22 xal (11 qol + 11 məhsuldar ötürmə) var.

Oveçkinin 908-ci qolu yalnız “Vaşinqton” üçün vacib olmayıb, həm də şəxsi karyerasında yeni rekorda doğru addımdır. Hokkeyçinin Ueyn Qretskiyə məxsus bütün zamanların qol rekorduna qədər məsafəsi hazırda 31 qol təşkil edir.

İdman.Biz