"Qarabağ"ın həndbolçusu "Kür"ə keçib

Xəbərlər
8 Sentyabr 2025 20:53
47
"Qarabağ"ın həndbolçusu "Kür"ə keçib

"Qarabağ"ın və Azərbaycanın qadın həndbolçulardan ibarət millisinin üzvü Minayə Məmmədova klubunu dəyişib.

İdman.biz Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, yeni mövsümdən "Kür" komandasının uğurları üçün çalışacaq.

M.Məmmədova yeni komandasında "10" nömrəli forma ilə oynayacaq.

İdman.biz