Azərbaycan millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

Xəbərlər
11 Avqust 2025 13:06
60
Azərbaycan millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə müqavilənin müddəti uzadılıb.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.

O, bu il Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yığmanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan millisinə rəhbərlik edir. Mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasının da baş məşqçisidir.

İdman.biz