Azərbaycan kubokunda ilk finalçı müəyyənləşib

Xəbərlər
21 May 2025 16:22
47
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşib

Bu gün həndbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə əvvəlcə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları meydançaya çıxıb.

“AHF Arena”da keçirilən görüşün ilk hissəsi nominal qonaqların 3 xallıq üstünlüyü ilə yekunlaşıb - 17:14. Fasilədən sonra da təşəbbüsü əldən verməyən “Azəryol” matçı 35:26 hesablı qələbə ilə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.

İdman.biz