Azərbaycan kubokunda yarımfinal oyunlarının vaxtı açıqlanıb

Xəbərlər
21 May 2025 09:07
47
Azərbaycan kubokunda yarımfinal oyunlarının vaxtı açıqlanıb

Həndbol üzrə Azərbaycan kubokunda yarımfinal görüşlərinin vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, mərhələyə bu gün start veriləcək.

İlk oyun günündə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gələcək. Matç saat 12:00-da başlayacaq.

Kişilərdən ibarət “Dinamo” və “Bakı” arasında görüşün start fiti saat 19:00-da isə səslənəcək.

Mayın 22-də qadınların yarışında “Kür” -“İdman Akademiyası” matçı baş tutacaq. Oyun saat 13:00-da başlayacaq. Kişilərdən ibarət “Azəryol” və “Kür” komandaları isə saat 19:00-da “AHF Arena”nın meydançasına çıxacaqlar

İdman.biz