"Kür" və "Azəryol" Azərbaycan çempionu olub

Xəbərlər
18 May 2025 01:19
27
"Kür" və "Azəryol" Azərbaycan çempionu olub

Bu gün həndbol üzrə Azərbaycan çempionatlarında I-IV yerlər uğrunda son oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, "AHF Arena"nın meydançası əvvəlcə qadınlardan ibarət "Kür" və "Azəryol" komandalarının ixtiyarına verilib.

Gərgin mübarizə ilə yadda qalan oyun Mingəçevir təmsilçisinin xeyrinə nəticələnib - 26:24. Bu qələbədən sonra "Kür" növbəti çempionluğunu rəsmiləşdirib

Kişilərdən ibarət "Kür" komandası isə son turda "Azəryol"a 34:33 hesabı ilə qalib gəlib. Məğlub olmasına baxmayaraq, "Azəryol" Azərbaycan çempionu tituluna sahib çıxıb.

İdman.biz