Lider üçün asan sınaq

Xəbərlər
2 May 2025 19:12
195
Lider üçün asan sınaq

Sabah həndbol üzrə Azərbaycan çempionatında final mərhələsinin növbəti oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, "AHF Arena"da 4 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

İlk olaraq meydana qadınlardan ibarət komandalar çıxacaqlar. "İdman Akademiyası" "Azəryol"la, "Qarabağ" isə "Kür" üz-üzə gələcək.

Kişilərin yarışında isə 2-ci pillədə qərarlaşan "Bakı" ilə "Azəryol" qarşılaşacaq. Lider "Kür"ün "Qarabağ"la görüşdə çətinlik çəkməyəcəyi gözlənilir.

Final mərhələsi
3 may
Qadınlar

11:00. "İdman Akademiyası" - "Azəryol"
13:00. "Qarabağ" - "Kür"

Kişilər
15:00. "Bakı" - "Azəryol"
17:00. "Qarabağ" - "Kür"

İdman.biz