Azərbaycan kubokunun sahibi: “Heyətdə dəyişikliklər olacaq” - VİDEO

Müsahibə
30 May 2024 15:32
141
Azərbaycan kubokunun sahibi: “Heyətdə dəyişikliklər olacaq” - VİDEO

“Bizim üçün çətin mövsüm keçdi”.

Bunu İdman.bizə qadın həndbolçulardan ibarət “Kür” klubunun direktoru Fuad Yanqildin deyib.

O, Azərbaycan kubokunun finalında “Azəryol”a 28:27 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

Klub rəsmisinin sözlərinə görə, il ərzində “Azəryol” və “Qarabağ” kimi güclü komandalara qarşı mübarizə aparıblar: “Bizim üçün bu görüş çox prinsipial qarşılaşma idi. Mövsümboyu bir neçə dəfə qarşılaşmışıq. Məhz bu səbəbdən bu oyun bizim üçün çox vacib idi. Qarşılaşmanın çətin olacağını bilirdik. Buna görə də psixoloji cəhətdən hazırlaşırdıq ki, matçda hər hansı bir psixoloji zərbə almadan qalib gələk. Həmişə komandama inanıram. Bu dəfə də qalib gələcəyimizi gözləyirdim və belə də oldu”.

O, mövsümün əvvəlində komandaya gələn oyunçuların artıq bir-birini çox gözəl başa düşdüyünü və bunun sayəsində də qələbə qazandıqlarını deyib: “Bu oyuna yüksək səviyyədə hazırlaşmışdıq. Qızlar məşq zamanı verilən tapşırıqların hamısını yerinə yetirdilər. Yeni mövsümdə uğurlu iştirak etmək istəyirik və növbəti dəfə Azərbaycan çempionatının qalibi olmağı hədəfləyirik. Əlbəttə ki, bəzi oyunçuların komandadan getməsi ehtimalı var. Bu səbəbdən heyətdə bəzi dəyişikliklər də olacaq”.

Qeyd edək ki, “Kür” Azərbaycan çempionatını ikinci yerdə bitirib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: