Millimiz möcüzə gözləyir

Xəbərlər
4 Aprel 2024 09:39
Millimiz möcüzə gözləyir

Qadın həndbolçular arasında AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin mübarizə apardığı 5-ci qrupda V tura yekun vurulub.

Millimizin evdə Şimali Makedoniyaya 22:37 hesabı ilə uduzduğu günün digər görüşündə Litva İspaniyanı qəbul edib. Qrupun lideri olan pireneylilər ardıcıl 5-ci qələbəsini qazanıb – 34:20.

Bu nəticə Azərbaycan millisinin AVRO-2024-ün final mərhələsinə yüksəlmək şansını saxlayıb. Amma Aleksandr Revvanın baş məşqçisi olduğu komanda yalnız möcüzəyə ümid edəcək.

Millimiz son turda məğlubedilməz İspaniya ilə səfər görüşündə ən azı xal qazanmalıdır. Litvanın Şimali Makedoniya ilə görüşdə daha az xal toplayacağına ümid edəcək komandamız özü qrupda 3-cü olmalı, həm də ən yaxşı “üçüncülər” sırasına düşməlidir. Qrup birinciliyini təmin edən İspaniya və 2-ci olan Şimali Makedoniya artıq final mərhələsinə yüksəlib.

Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar və “üçüncülər” arasında ən yaxşı dörd yığma final mərhələsinə vəsiqə qazanacaq.

1

İspaniya

5

5

0

0

174-91

10

2

Ş.Makedoniya

5

3

0

2

147-122

6

3

Litva

5

1

0

4

136-173

2

4

Azərbaycan

5

1

0

4

118-189

2

İdman.biz

Məqalədə: